• $
  • €
  • ₽
  • ₺
  • £

“Azəriqaz”dan deputatın açıqlamasına münasibət

“Azəriqaz”dan deputatın açıqlamasına münasibət
10.09.2020 16:49
Milli Məclisin deputatı Məşhur Məmmədov bu gün açıqlama verərək bildirib ki, "Qaz çəkilişi ilə bağlı müəyyən texniki şərtlərin tarifləri çoxdur. Masallıda seçicilər deyir ki, bir qaz çəkilməsi üçün 16400 manat tarif qoyulub. Halbuki heç o evin qiyməti 5000 manat deyil”. O, daha sonra bununla bağlı "Azəriqaz” İB-yə bir neçə dəfə müraciət etdiyini də əlavə edib.

Anews.az xəbər verir ki, "Azəriqaz” millət vəkilinin açıqlamasına münasibət bildirib:

- Hörmətli millət vəkilinin diqqətinə çatdırmaq istərdik ki, onun "Azəriqaz” İstehsalat Birliyinə etdiyi müraciət Masallı rayonu, Şərəfə kəndində yerləşən yeni yaşayış massivinin qazlaşdırılması ilə bağlı olub. Məktuba 01 sentyabr 2020-ci il tarixində yazılan cavabda açıq-aydın qeyd edilib ki, yaşayış məntəqələrinin qazlaşdırılması "Azərbaycan Respublikasının regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Dövlət Büdcəsindən ayrılan maliyyə vəsaiti ilə mərhələli şəkildə icra olunur. Növbəti mərhələdə Masallı rayonunun təbii qazla təmin olunmayan yeni yaşayış massivlərinin, o cümlədən qeyd olunan ərazinin qazlaşdırılması üçün maliyyə vəsaiti ayrıldıqdan sonra həmin yaşayış sahəsinin qaz təminatı məsələsi mərhələli şəkildə öz həllini tapa bilər.

Deputat Məşhur Məmmədovun qaz çəkilişi üçün böyük məbləğdə vəsait tələb olunmasına dair fikirlərində "Azəriqaz” İB-nin adının hallandırılması düzgün deyil. Birlik ödənişli qaz çəkilişləri həyata keçirmir. "Asan xidmət” və "Asan Kommunal” mərkəzlərinə müraciət edən vətəndaşın qanuni icazəsi (lisenziyası) olan 100-dən çox podratçı tikinti təşkilatı ilə müqavilə bağlamaq imkanı var. Seçim onun öz öhdəsinə qalır. Vətəndaş fərdi sifarişi ilə öz vəsaiti hesabına qazlaşmanı aparır və podratçı təşkilatla onun arasındakı münasibətlərə "Azəriqaz” İB müdaxilə etmir. Bu halda Birliyimiz yalnız fərdi yaşayış evlərinin qazlaşdırılması üçün qaz sayğaclarını və texniki şərti ödənişsiz verir. Əgər millət vəkilinin dediyi kimi kimdənsə bizim əməkdaşlarımız vəsait tələb edibsə, o, bunun araşdırılması üçün müvafiq dövlət orqanlarına korrupsiya halı kimi təqdim edə bilər.

Lakin bütün bunlara baxmayaraq, abonent məmnuniyyətini daim üstün tutan Birliyimizin rəhbərliyi yuxarıda adı çəkilən yaşayış massivinin sakinləri üçün öz daxili imkanları hesabına daşıyıcı xəttin çəkilməsini həyata keçirəcək.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol