Rayonlara qrup turlarının təşkilinə hansı qaydada icazə verilir? - AÇIQLAMA

Sentyabrın 8-dən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunundan rayonlara gediş-gəliş açılsa da, turistlər üçün rayonlara qrup turlarının təşkilinə icazə verilmir.
Bunu "Trend”ə turizm üzrə ekspert Fariz Hacıyev deyib.
"Lakin qrup turlarının təşkilinə yol verilmir. Hazırda bu məsələ də müəyyən şərtlər daxilində təşkili məsələsi müzakirə edilir. Fikrimcə, bu məsələ ilə bağlı yaxın günlər ərzində qərar verilə bilər”.
"İnsanlar əvvəlki kimi qrup turlarına qoşulmaq istəyirlər. Amma bu məsələ ilə bağlı qərarın verilməsi Nazirlər Kabineti yanında operativ qərargahın səlahiyyətindədir. Dövlət Turizm Agentliyi pandemiya dövründə turizm xidmətlərinin təşkili ilə bağlı bütün şərtləri bəyan edib. Məsələn, sərnişin daşımaya icazə verilərsə, qrup turu avtobuslarında ümumi tutumun yarısı qədər qonaq aparmaq mümkün olacaq. Bitişik iki oturacaqda bir nəfər əyləşə biləcək. Bu, indiki dövrdə daha təhlükəsiz səyahət deməkdir”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























