Professor Adil Qeybulla Tofiq Yaqublunu müayinə edəcək- SON DƏQİQƏ!

Penitensiar Xidmət professor Adil Qeybullanın həbsdə olan müsavatçı Tofiq Yaqublu ilə görüşməsinə, onu müayinə etməsinə icazə verib.
Bu Barədə "Report”a vəkil Elçin Sadıqov bildirib.
Onun sözlərinə görə, görüş bu gün saat 17:00-da olacaq.
Qeyd edək ki, T.Yaqublu artıq 10 gündür aclıq etdiyini açıqlayıb.
İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və yanında olan onun həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib.
Hökmdən apelyasiya şikayəti verilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























