"Bakıda məktəbli formalarının alışı üçün axın yoxdur"- AÇIQLAMA

"Hazırda Bakı Tikiş Evində (BTE) məktəbli formalarının tikişi və satışı prosesi davam edir”.
Bunu "Report”a açıqlamasında BTE-nin Satış şöbəsinin rəisi Etibar Əzimov deyib.
O qeyd edib ki, məktəbli formalarının alınması üçün elə də çox axın müşahidə olunmur:
"Forma tikilişi üçün ehtiyatımız var və heç bir çatışmazlığımız da yoxdur. Bu gün üçün valideynlər ən çox ibtidai siniflər, əsasən də 1-ci sinfə gedən uşaqları üçün forma alınmasına görə bizə müraciət edirlər”.
Aşağı siniflər üçün vahid formanın qiyməti 40 manat, yuxarı siniflər üçün isə 46 manatdır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























