• $
  • €
  • ₽
  • ₺
  • £

“Yüksəliş” imtahanında zəhərlənənlər evə buraxılıb

“Yüksəliş” imtahanında zəhərlənənlər evə buraxılıb
14.09.2020 10:47
Həftəsonu "Yüksəliş” müsabiqəsinin imtahanı zamanı zəhərlənən şəxslərin hamısı xəstəxanadan evə buraxılıb. 

Bu barədə Anews.az-a "Yüksəliş” İctimai Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Aliyə Əliyeva məlumat verib. 

O qeyd edib ki, zəhərlənənlərin hamısı elə həmin gün 1 və 3 saylı xəstəxanaya yerləşdirilmişdi: "Bütün xəstələr ambulator rejimdə müalicə aldıqdan sonra evə buraxıldı. Hazırda xəstəxanada müalicəsini davam etdirən yoxdur. O cümlədən, "Çağrı” mərkəzimiz 1000-ə yaxın insanın hamısıyla bir-bir əlaqə saxladı. Hər kəsin vəziyyəti yaxşıdır. 

Buna baxmayaraq, hazırda Qida Təhlükəsizliyi Agentliyindən ekspertizanın rəyini gözləyirik. Bu, bizim üçün bir məyusluq idi. Zəhərlənənlərin əksəriyyəti işçi və texniki heyət idi. İştirakçılar isə təqribən 20 faiz təşkil edirdi. 

Ona görə ekspertizanın nəticəsini gözləyirik. Hazırda işçilərin hamısı işə çıxır. Biz digər imtahanlarımızı psixoloji məsələlərə görə yarımçıq saxlamalı olduq. Hazırda imtahanlar üzərində işləyirik”.

Xatırladaq ki, sentyabrın 12-də "Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin saat 15:00-da başlayan ikinci imtahanında 24 mərkəzdən 5-ində qidadan zəhərlənmə halı qeydə alınmışdı.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol