Metronun "Həzi Aslanov" stansiyasında eskalator əsaslı təmir edilib

Bu ilin yanvar ayında "Bakı Metropoliteni" QSC-nin "Həzi Aslanov” stansiyasının əsaslı təmirə dayandırılmış "ET-5M” tipli 1 saylı eskalatoru yenidən istismara verilib.
Anews.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumatda deyilir ki, həmin eskalator istismara verildiyi vaxtdan bu təmir növünə ilk dəfə dayandırılıb.
Müvafiq texniki-normativ qaydalara uyğun olaraq, ET-5M tipli eskalatorlar 150 000 km qaçış məsafəsindən sonra əsaslı təmirə dayandırılmalıdır. Təmir dövründə eskalatorun əsas hissələri və qovşaqları sökülərək, təftiş olunub, zəruri yenilənmə və təmir tədbirləri yerinə yetirilib. Bütün işlər metropolitenin eskalatorların təmiri üzrə müvafiq sahəsinin peşəkar və ixtisaslaşmış kadrları tərəfindən icra olunub. İyun ayında eskalatorların təmiri tam yekunlaşdırılaraq, sınaq tənzimləmə işləri aparılıb. Uğurlu sınaq və müvafiq yoxlamalardan sonra eskalator istismara hazır vəziyyətə gətirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























