Bakıda DƏHŞƏTLİ ÖLÜM- Vaqonun altında qalıb öldü

Sentyabrın 14-də "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin 5 saylı İxtisaslaşmış Dəmir Yol Müəssisəsində yol təmirçisi vəzifəsində işləyən Rafət Cavadovun inşaat materiallarının daşınması üçün nəzərdə tutulmuş vaqondan qum və çınqıl materiallarını boşaldan zaman baş nahiyəsinin vaqonun dəmir qapağı ilə təkəri arasında qalması nəticəsində aldığı xəsarətdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























