• $
  • €
  • ₽
  • ₺
  • £

Xanım deputat oğlunun “avtoş”luğundan danışdı

Xanım deputat oğlunun “avtoş”luğundan danışdı
30.06.2014 16:01
Milli Məclisin deputatı Elmira Axundova qonşusu Sahib Aşurovun, onun və oğlu Həbib Axundov barəsində dediyi ittihamlara cavab verib.
Hazırda ölkədə olmadığını vurğulayan E.Axundova Publika.az-a açıqlamasında gələn kimi bu məsələni araşdıracağını deyib.
“Bizdən şikayət edən o şəxs çox pis adamdır. O, hamıya sataşır. Hətta məhəllədə onu “demaqoq” kimi tanıyırlar. Biz heç kimə sataşan adam deyilik. Ancaq o, bizə, oğluma sataşır”.
Qeyd edək ki, bir müddət əvvəl Bülbül prospekti 65, mənzil 30 ünvanında yaşayan Sahib Aşurov millət vəkilinin oğlunun burada qeyri-qanuni avto yuyucu məntəqəsi açdığını və dostları ilə buradakı avtomobillərlə “avtoş”luq edərək qonşuları narahat etməsi barədə mətbuata müraciət etmişdi.
Bu məsələyə də münasibət bildirən Elmira Axundova deyilənlərlə razılaşmır:
“Oğlum heç o binada yaşamır, orada necə “avtoş”luq edə bilər? O binada mən yaşayıram. Oğlumun evi başqa yerdədir. Sadəcə olaraq, o həyətdə balaca “moyka” var və orada da 5-6 avtomobil yuyulur. O adam isə 13-cü mərtəbədə yaşayır. Axı “moyka” onu niyə narahat edir?
“Moyka” 9-da başlayır, axşam 6-da bağlanır”.
E.Axundova ölkəyə qayıdandan sonra sözügedən şəxsi məhkəməyə verəcəyini də söyləyib.
ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol