Qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanıldı

Qızılağac Milli Parkının ərazisində qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb.
Keçirilən tədbir zamanı Lənkəran rayonu Liman şəhəri istiqamətində Qızılağac Milli Parkının kiçik su sahəsində qanunsuz balıq ovu ilə məşğul olan Liman şəhər sakini R.Zərbiyev saxlanılıb.
Qurduğu torlar vasitəsilə qanunsuz balıq ovlayan həmin şəxsdən ov zamanı istifadə etdiyi mühərrikli qayıq, 2 ədəd tor və qanunsuz olaraq tutduğu balıqlar aşkar olunaraq götürülüb. R.Zərbiyevin təbiətə 1 056 manat dəyərində maddi ziyan vurduğu müəyyən edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























