Körpələr evində həkim çatışmazlığı yaranıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı əsasında Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən əvvəlcədən xəbərdarlıq etmədən Səhiyyə Nazirliyinin Gəncə Şəhər Körpələr Evinə planlı başçəkmə həyata keçirilib.
Başçəkmə çərçivəsində müəssisənin bütün ərazisinə, o cümlədən yataqxana, mətbəx, ərzaq anbarı, hamam və digər yerlərə baxışlar keçirilib, tibbi yardımın təşkili, qidalanma və kommunal xidmətlərin təminatı ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb.
Başçəkmə zamanı Gəncə Şəhər Körpələr Evində ixtisaslı həkim çatışmazlığı, körpələr evinidə kommunal xidmətlərin təminatının yaxşılaşdırılmasına ehtiyac olduğu müəyyən edilib.
Başçəkmənin yekununda müəssisə rəhbərliyi ilə söhbətlər aparılıb, körpələr evi sakinlərinin hüquqlarının daim diqqətdə saxlanılması istiqamətində müvafiq tövsiyələr verilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























