• $
  • €
  • ₽
  • ₺
  • £

AMEA-da 3 yeni institut yaradıldı

AMEA-da 3 yeni institut yaradıldı
30.06.2014 13:41
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) 3 yeni institut yaradılıb.APA-nın xəbərinə görə, bu barədə AMEA üzvlüyünə seçkilər üzrə keçirilən Ümumi Yığıncaqda qərar qəbul olunub. Belə ki, yeni yaradılan institutlar AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Elm Tarixi İnstitutu və Dünya Siyasəti İnstitutudur. Yığıncaqda çıxış edən AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov bildirib ki, son illər biologiyanın sürətli inkişafı molekulyar biologiya, biotexnologiya, gen mühəndisliyi kimi bir çox yeni elm istiqamətləri və sahələrinin yaranmasına zəmin yaradıb. Onun sözlərinə görə, yeni elm sahələrinin inkişafı başqa elm sahələrinə təkan verib: “Bu, xüsusilə təbabət, kənd təsərrüfatı, aqrar sahə, informasiyanın inkişafına təkan verib. Bu gün bu sahədə aparılan elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi, pərakəndə elmi tədqiqat işlərinin bir yerdə koordinasiya etmək və kadr hazırlığının səviyyəsini daha da yüksəltmək üçün AMEA-nın Botanika İnstitutunun nəzdində Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu yaradılması məqsədəuyğundur. Yeni institutun yaradılması bu sahədə elmi tədqiqatların daha effektiv, yüksək səviyyədə aparılmasına kömək edəcək”. Akademiyada yeni yaradılan digər iki institut - Elm Tarixi və Dünya Siyasəti institutları barədə isə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli məlumat verib. Ümumi Yığıncaqda aparılan müzakirələrdən sonra AMEA-da hər 3 institutun yaradılması  təsdiq olunub.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol