DİN-dən sosial şəbəkədə canlı yayım açan şəxslə bağlı AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yeniavaz.com-a daxil olan məlumatda deyilir:
İlkin Muradov kimdir?
O, anası Gülfüyyə Əliyeva ilə birlikdə yaşayır. Dəfələrlə anası DİN-in "102 - Zəng Mərkəzi”nə və Füzuli Rayon Polis Şöbəsinə müraciət edərək oğlu tərəfindən döyüldüyünü bildirib.
Onunla aparılan profilaktiki söhbətlər zamanı İlkinin psixi durumunun yerində olmadığı, əsəb gərginliyindən əziyyət çəkdiyi açıq-aşkar hiss olunub. Ona görə də, 2019-cu ilin fevral ayının 25-dən ailə münaqişəli ailə kimi qeydiyyata götürülərək profilaktiki tədbirlər aparılıb. Lakin bütün bunlardan nəticə çıxarmayan İlkin anasını döyməkdə davam edib. Məhz anasının şikayəti əsasında o, bu il yanvarın 13-də məhkəmənin qərarı ilə 20 gün, mayın 5-də isə 30 gün inzibati qaydada həbs olunub.
Sentyabrın 14-də İlkin Muradovun sürücülük hüququ olmadan idarə etdiyi "VAZ-2106” markalı avtomobil polis əməkdaşları tərəfindən saxlanılaraq duracağa yerləşdirilib. İki gündən sonra anası Gülfüyyə Əliyeva yenidən "102 - Zəng Mərkəzi”nə müraciət edərək oğlu İlkin tərəfindən döyüldüyü bildirib. Onların hər ikisi RPŞ-yə dəvət olunub. Lakin sonradan ana oğlunun bağışlanması üçün ərizə yazıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























