• $
  • €
  • ₽
  • ₺
  • £

Şagirdləri virusdan necə qoruyaq? - Azərbaycanlı alimdən AÇIQLAMA

Şagirdləri virusdan necə qoruyaq? - Azərbaycanlı alimdən AÇIQLAMA
17.09.2020 13:40
"Çox təəssüflər olsun ki, sərt karantin rejimləri ilə bağlı elmi dəyərləndirmələri, COVID-19-u asimptomatik və yüngül simptomlarla keçirənlər və virus yükü ilə bağlı elmi tədqiqatların dərinliyini, son günlərdə cəmiyyətə mətbuat, televiziya və sosial şəbəkə vasitəsi ilə çatdıran bəzi həkimlər tam başa düşməyib. 


Bunu başa düşməmək və elmi analizini edə bilməmək, hətta bunu başa düşməmiş şəkildə özünün fikirləri kimi danışmaq qəbahət deyil, amma başa düşmədikləri elmi tədqiqatlara səhvən istinad edib insanlara yanlış tövsiyə etmək sağlamlığa zərər vurmaq qədər ağır bir cinayətdir. 


Ona görə də hər kəsə danışdığının məsuliyyətini dərk etməyi təklif edirəm".


Bunu Anews.az-a açıqlamasında Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev simptomlu, yüngül simptomlu və simptomsuz xəstələrdəki virus yükünün miqdarında fərqin olub-olmaması iddialara münasibət bildirərkən deyib.


Tibb elmləri doktoru cəmiyyətə virus yükünün miqdarı ilə bağlı düzgün məlumatların çatdırılmadığına görə təəssüfləndiyini bildirib:


"Virus yükünün miqdarı ilə bağlı bu günə qədər bir çox elmi tədqiqatlar aparılıb. Dünyanın ən nüfuzlu elmi jurnallarında ("Nature" və "Nature Medicine”) dərc olunmuş tədqiqatlara əsasən, simptomlu və simptomsuz xəstələr arasında virus yükündə heç bir fərq yoxdur. 


Amma bundan sonra nüfuzu yuxarıda qeyd etdiyim jurnallardan az olan bir neçə fərqli jurnallarda isə buna zidd olan məlumatlar dərc olunub. 


Təbii ki, elmi tədqiqatların metodik hissələri tam fərqlidir və hərəsinin özünə görə çatışmayan cəhətləri var. Təəssüf ki, Azərbaycanda da çatışmayan bu cəhətləri diqqətə almadan birbaşa tədqiqatlara istinad edərək yanlış məsləhətlər və fikirlər söylənilir. 


Bu gün kimsə qəti şəkildə asimptomatik xəstənin virusu yaymadığını iddia edə bilməz. Çünki bu, çox yanlış iddia olar. 


Həmin xəstələr virusa yoluxduqdan sonra infeksiyanı yaya bilir, sadəcə neçə gün yayması hələ elmi olaraq tam dəqiqləşməyib".


Azərbaycanlı alim məktəbli uşaqların virusu yüngül keçirməsi və bu səbəbdən də infeksiyanı yaymaması ilə bağlı iddialara da münasibət bildirib. Onun sözlərinə görə, uşaqların virusu yüngül keçirməsi və digərlərini yoluxdurmaması ilə bağlı iddialar əsassızdır:


"Bu iddiaların heç bir elmi əsası yoxdur. Əslində isə simptomsuz xəstələr (həm uşaqlar, həm də böyüklər) virusa yeni yoluxan zaman infeksiyanı yaya bilirlər. Ona görə də məktəbə yenicə qədəm qoyan uşaqların virusa yoluxarkən yüngül keçirmələrinə görə virusun yayılmasında rolları olmadığını deyənlərə, valideynlərə və eləcə də cəmiyyətin bütün təbəqələrinə bildirmək istəyirəm ki, bu iddia elmi cəhətdən tamamilə səhv bir fikirdir".


N.Abdullayev vurğulayıb ki, laboratoriya şəraitində hüceyrə kulturasında virus yükü ilə virusun virulentliyi düz mütənasibdir:
"Bu barədə tədqiqatlar koronaviruslarla da kifayət qədərdir. Amma buna əsaslanıb simptomsuz və ya yüngül simptomlarla COVID-19-u keçirənlərdə virus yükünün az olmasını və onların yoluxduruculuq qabiliyyətinin də buna görə olmadığını demək tamamilə yanlışdır".


N.Abdullayev məktəbli uşaqlar barədə danışarkən həmçinin qeyd edib ki, son aparılan tədqiqatların birində ortalama yaşı 10 olan 900 uşaqdan 68-də anticism tapılıb, yəni virusu keçirdikləri təsdiq olunub: "Məlum olub ki, bu uşaqların 50%-i virusu simptomsuz keçirib. Digər qrup uşaqlarda isə olan simptomlar bunlardır: 31% uşaqlarda qızdırma, 19% uşaqlarda isə mədə bağırsaq sisteminin şikayətləri - ürəkbulanma, qarın ağrısı və ishal və 18% uşaqlarda isə baş ağrıları. 


Amma mədə-bağırsaq sisteminin şikayətləri uşaqlarda digər viruslu xəstəliklərdə də rast gəlindiyinə görə mənim öncəki yazılarımda da qeyd etdiyim kimi ümumi vəziyyəti çətinləşdirə bilər. Ona görə də valideynlərin, müəllimlərin və həkimlərin də üzərinə ciddi məsuliyyət düşəcək".


Tibb elmləri doktoru vurğulayıb ki, uşaqlarda COVID-19 zamanı burun axması bu günlərdə elmi arenada ən çox diskusiya edilən mövzudur. Onun sözlərinə görə, bunun hələ ki, tam elmi təsdiqi mövcud deyil.


Alim buna görə də valideynlərə müraciət edərək tövsiyələrini verib: "Valideynlər burnu axdığı üçün uşaqları bir gün evdə saxlayıb ümumi vəziyyəti qiymətləndirməlidirlər, boğaza və qulağa baxmaq lazımdır. 


Ondan sonra məktəbə davam edib-etməmək qərarını vermək olar. Almaniyada burnu axan və pediatra gələn 1000 nəfər uşaqla elmi tədqiqata başlanacaq və burada da onlardan neçəsi COVID-19-a yoluxub sualına dəqiq cavab tapılacaq. Bu tədqiqatı məsələn Azərbaycanda da etmək mümkündür".

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol