• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda sürücü yol polisinə rüşvət verib? – RƏSMİ

Bakıda sürücü yol polisinə rüşvət verib? – RƏSMİ
17.09.2020 13:49
Dünən sosial şəbəkələrdə Xırdalan şəhərində 99-YP-177 dövlət qeydiyyat nişanlı patrul avtomobilində xidmət aparan YPX əməkdaşlarının taxta materialları daşıyan yük maşınını saxlamaları ilə bağlı videogörüntülər yayılıb.

Görüntülər səssiz olduğu üçün videonun müəllifi "Bura qədər hər şey qaydasındadır, amma uzun sürən danışıqlardan sonra vətəndaş polis maşınına nəsə qoyur” sözləri ilə polisin sürücüdən rüşvət aldığını iddia edib.

Anews.az xəbər verir ki, bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan videogörüntülərlə əlaqədar Dmüvafiq araşdırma aparılıb:

"Müəyyən edilib ki, 15.09.2020-ci il tarixdə saat 10:20 radələrində Xırdalan şəhərinin H.Əliyev prospektində Bakı şəhər sakini Quliyev Namiq Adil oğlunun idarə etdiyi "Qaz-3302” markalı 10-NC-083 dövlət qeydiyyat nişanlı yük avtomobilində daşınan yükün nəqliyyat vasitəsinin arxa xarici işıq siqnallarının üstünü tutduğuna görə 99-YP-177 dövlət qeydiyyat nişanlı patrul avtomobilində xidmət aparan Abşeron rayon polis idarəsinin DYP şöbəsinin YPX əməkdaşları tərəfindən saxlanılıb və sürücüdən sənədlərinin təqdim edilməsi tələb edilib.

Sürücü N.Quliyev müvafiq sənədləri təqdim etdikdən sonra barəsində İXP 3535007 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək hərəkətinə icazə verilib.

Araşdırma zamanı izahat verən sürücü Namiq Quliyev həqiqətən də yük daşıma qaydalarını pozduğu üçün həmin vaxt saxlandığını və barəsində sənədləşmə aparıldıqdan sonra hərəkəti davam etdiyini, eləcə də ondan rüşvət alınması və ya istənilməsi kimi neqativ halların ehtimal edilməsinin yanlış olduğunu bildirib”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol