• $
  • €
  • ₽
  • ₺
  • £

Elman Nəsirov deputatlardan üzr istədi

Elman Nəsirov deputatlardan üzr istədi
17.09.2020 17:10
"Bu gün - sentyabr ayının 17-də Milli Məclisin payız sessiyası çərçivəsində İnsan hüquqları komitəsinin ilk iclası oldu. İclasda bir sıra məsələləri qabartdım. Xüsusilə də sosial şəbəkələrin tənzimlənməsi haqqında qanunun qəbul edilməsinin vacibliyini söylədim. Bildirdim ki, bu gün sosial şəbəkələrdə insanların şərəf və ləyaqəti alçaldılır, işgüzar nüfuzuna xələl gətirilir və bu halda heç bir məsuliyyət daşımırlar”.

Bunu Anews.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

"Eyni zamanda, bu konteksdə söylədim ki, sosial şəbəkələrdə cürbəcür dezinformasiyalar yayılır. Yəni müxtəlif dezinformasiyanı həqiqət kimi yayırlar. Elə bu konteksdə söylədim ki, mənə daxil olmuş məlumata əsasən, guya Əfv Komissiyasında kimlərisə müdafiə etmək üçün hətta deputatın sürücüsü də müəyyən imkanlara malikdir. Bu informasiyanı sosial şəbəkələrdəki dezinformasiya konteksində söylədim. Bildirdim ki, bu kimi məlumatlar daxil olur. Mən şəxsən buna inanmıram, buna çox böyük şübhə ilə yanaşıram və güman edirəm ki, bu da dezinformasiyadır. Amma istənilən halda belə bir məlumat daxil olub", deputat bildirib.

E.Nəsirov bu məsələni növbəti dəfə araşdırdığını və hələ ki, bu faktların təsdiqini tapmadığını qeyd edib: "Görünür, bu da müəyyən insanların sosial şəbəkələrdə və digər yerlərdə müxtəlif üsullarla yaydığı dezinformasiyadır. Buna görə də, həmkarlarımdan narahat olublarsa, üzr istəyirəm. Millət vəkilinin vəzifəsi narahatedici məsələləri qabartmaqdır, onu müzakirə predmetinə çevirməkdir”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol