• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda maskalı hücum: Yaralılar var - VİDEO

Azərbaycanda maskalı hücum: Yaralılar var  - VİDEO
17.09.2020 18:21
Astarada evə maskalı şəxslər basqın edib. 
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Təngərüd kəndində qeydə alınıb. 
Belə ki, Abdullayevlər ailəsinin yaşadığı evə 3 naməlum şəxs əllərində bıçaqla hücum edib. Nəticədə Təngərüd kənd sakinləri 1944-cü il təvəllüdlü Seyran Abdullayev, 1978-ci il təvəllüdlü Bəsirə Abdullayeva və 2000-ci il təvəllüdlü Emral Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 
Hadisə zamanı evdə olan ailə üzvü Seynur Abdullayev başına gələnləri belə xatırlayır: "3 nəfər maskalı şəxs basqın elədi evə. Atama xəsarət yetirdi, oğluma və həyat yoldaşıma. Əlbəyaxa olduq, qaçdılar, onların heç birini tuta bilmədik. Çox əlləşdik, bir az dava-dalaş da düşdü, maskadan tanıya bilmədik, qaçdılar. Hamısının əlində bıçaq var idi”. 
Maskalı şəxslərin hücumu nəticəsində bir neçə bıçaq xəsarətləri alan Seyran Abdullayev və nəvəsi Emral Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdiriliblər. 
Həkim Rasim Axundovun sözlərinə görə, hər iki şəxsə yardım edilib: "Xəstələrdən Abdullayev Emral 2000-ci il təvəllüd qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası, qaraciyərin kəsilib deşilməsi, daxili qanaxma ilə təcili cərrahi əməliyyata götürüldü. Laparatomiya əməliyyatı ilə qaraciyər tikildi. İkinci xəstə Abdullayev Seyran 1944-ci il təvəllüd qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə daxil olmuş, kəsilmiş nazik bağırsaqlar tikildi. Hazırda 2 xəstə reanimasiya şöbəsinə orta-ağır vəziyyətdə yerləşdirilib. 
Digər zərərçəkmiş Bəsirə Abdullayevaya isə ambulator yardım olunub və evə buraxılıb. 
Faktla bağlı araşdırma aparılır.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol