• $
  • €
  • ₽
  • ₺
  • £

Yarımmilyonluq texnika, yoxsa..? - İnsanları ölümə sürükləyən "BakuBus" - VİDEO

Yarımmilyonluq texnika, yoxsa..? - İnsanları ölümə sürükləyən "BakuBus" - VİDEO
17.09.2020 21:28
”Ekstrimal vəziyyətlərdə ağır hadisələrin qarşısının alınması üçün avtobuslar xəttə buraxılmazdan əvvəl texniki baxışdan keçirilib, yoxlanılmalıdır. Avtobusda texniki nasazlıq varsa, içərisi sərnişinlə dolu olduğu halda deyil, qarajda olduğu müddətdə həll olunmalıdır”.

Bunu Yenicag.az-a açıqlamasında Nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bugünlərdə "BakuBus” MMC-nin istismarında olan iki sərnişin avtobusunda baş verən yanğın hadisələri fonunda bu nəqliyyat vasitələrinə texniki qulluq məsələsini gündəmə gətirərkən deyib.
Ə.Hüseynov avtobusların yanmasında istismarla məşğul olan şirkətlərin məsuliyyət daşıdığını vurğulayıb:
"Bunun hüquqi tərəfləri də var. O avtobusların təxminən yarım milyon qiyməti var. Bu nəqliyyat vasitələrinə istismar və eləcə də texniki qulluqla bağlı istehsalçının təyin etdiyi dəqiq təlimat var. Bu təlimatlara ciddi riayət etmək, vaxtlı-vaxtında avtobuslara texniki qulluq göstərmək, istismar şərtlərinə dəqiq riayət etmək lazımdır. Bu şərtlərə əməl olunarsa, heç bir problem yaranmamalıdır. Yaranacağı təqdirdə də təmir olunaraq, problemin qarşısını almaq, ya da aradan qaldırmaq mümkündür. Texniki müayinə, qulluq mütləqdir. Burada əsas məsuliyyət həmin avtobusların istismarı ilə məşğul olan şirkətlərin üzərinə düşür.
Ekstrimal vəziyyətlərdə ağır hadisələrin qarşısının alınması üçün avtobuslar xəttə buraxılmazdan əvvəl texniki baxışdan keçirilib, yoxlanılmalıdır. Avtobusda texniki nasazlıq varsa, içərisi sərnişinlə dolu olduğu halda deyil, qarajda olduğu müddətdə həll olunmalıdır. Ciddi texniki pozuntulara, məsuliyyətsizliyə yol verilərsə, təlimatlarda qoyulan şərtlərə riayət olunmazsa, onda yarımmilyonluq texnika da sıradan çıxar, eyni zamanda sərnişinlərin də həyatı təhlükə ilə üz-üzə qalar”.
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol