• $
  • €
  • ₽
  • ₺
  • £

Dünən tender başa çatsa da, AMEA bu gün elan verib-FOTO

Dünən tender başa çatsa da, AMEA bu gün elan verib-FOTO
18.09.2020 11:02
Azərbaycan Milli Elmlər Akademiyasi mühafizə xidmətinin satın alınması məqsədilə tender elan edib. 


Anews.az "Qafqazinfo”-ya istinadla bildirir ki, elanda diqqət çəkən məqam dünən sənədlərin qəbulunun başa çatmasıdır.

Belə ki, AMEA İşlər İdarəsi 2020-ci ildə cari ilin son dörd ayı üçün mühafizə xidmətinin satın alınması məqsədilə kotirovka sorğusu elan edib.  "Xalq qəzeti”nin bu günkü sayında dərc edilən elanda qeyd edilib ki, kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanıb möhürlənmiş kotirovka təkliflərini 17 sentyabr 2020-ci il (dünən-red.) saat 12.00-dan gec olmamaq şərtilə təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaq. 

Artıq verilmiş təkliflər isə 18 sentyabr 2020-ci il (bu gün –red.) saat 12.00-da AMEA Rəyasət Heyətinin inzibati binasında açılacaq.

AMEA eyni qaydada 2020-ci ildə məişət tullantılarının daşınmasının satın alınması məqsədilə də korirovka sorğusu elan edib. Bu gün elan edilən bu tenderin də vaxtı dünən bitib, bu gün isə sənədlərə baxılacaq.

 AMEA İşlər İdarəsinin müadiri sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədovdur. Onun müavini isə karantində keçirdiyi toya görə məhkəmənin qərarı ilə 15 sutka həbs edilən sabiq deputat İlham Əliyevin qardaşı Fikrət Əliyevdir. İ.Əliyev AMEA prezidenti Ramiz Mehdiyevin kürəkənidir.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol