• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gün Azərbaycanda Sevgililər günü qeyd edilir

Bu gün Azərbaycanda Sevgililər günü qeyd edilir
28.05.2020 18:53
Bizim ölkədə Sevgililər günü dünya ölkələrinin əksəriyyətində olduğu kimi, 14 fevralda deyil, iyun ayının 30-da qeyd edilir.Bu tarix İlham və Fərizənin xatirəsinə ithafən qeyd edilir. Bu cütlüyün faciəvi məhəbbət hekayəti milyonlarla azərbaycanlını sarsıtdı. İlham və Fərizə 1989-cu ilin 30 iyun tarixində ailə qurublar.2004-cü ildən Azərbaycanda Sevgililər günü 30 iyun tarixində qeyd edilir. Bu günün tarixçəsi qəmli də olsa onların məhəbbətini, Leyli və Məcnun, Fərhad və Şirinin məhəbbətləri ilə müqayisə etmək olar.Ailə quran gənclər ümid və arzu dolu idilər. Amma 1990-cı ilin gəlişi cavanlara bədbəxtlik gətirdi. Yanvar ayının 19-dan 20-nə keçən gecə sovet tanklarının Bakıya girdiyi an İlham hadisələrin şahidi oldu. Bu şahidlik onu şəhidlik zirvəsinə qaldırdı.   Həyat yoldaşının öldüyünü eşidən Fərizə onsuz həyatdan imtina etdi. İntihara cəhd edən Fərizəyə mane oldular, ilk cəhdinin boşa çıxmasına baxmayaraq, o fikrindən dönmədi. O, sirkə içərək doğmalarına vida məktubu yazıb, İlhamsız yaşaya bilməyəcəyini bildirdi. Məktubunu sona çatdıra bilməyən Fərizə bətnindəki körpəsi ilə əbədiyyətə qovuşdu.İlham və Fərizənin faciəvi talelərinə baxmayaraq, Azərbaycanda Sevgililər günü onların nikaha daxil olduqları tarixdə qeyd edilir. Bu tarix azərbaycanlılar üçün əsl məhəbbət və sədaqət bayramıdır.//Oxu.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol