Bakıda qadın özünü 8-ci mərtəbədən atdı - VİDEO

Bakıda ahıl qadın intihar edib.
Rayonun Sarayevo küçəsində yaşayan 65-70 yaşlarında qadın özünü yaşadığı binanın səkkizinci mərtəbəsindən ataraq intihar edib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, meyit ərazidən götürülərək müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anotomiya birliyinin Xətai rayon şöbəsinə təhvil verilib.
Hadisə şahidlərinin sözlərinə görə, intihar edən qadın həmin mənzildə yaşlı həyat yoldaşı ilə birgə yaşayırmış. Onun hansı səbəbdən özünü binadan atması bəlli deyil.
Hadisə ilə bağlı görüntüləri təqdim edirik.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























