• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda orta məktəb niyə bağlandı?

Azərbaycanda orta məktəb niyə bağlandı?
19.09.2020 13:43
Gəncə Şəhər Təhsil İdarəsi şəhərdə 46 nömrəli orta tədris müəssisəsinin fəaliyyətinə xitam verilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

İdarədən məlumat verilib ki, Gəncə şəhər 46 nömrəli tam orta məktəb ilə 28 nömrəli tam orta məktəb birləşdirilərək yeni məktəb binası tikilib:
"Məktəb binası 28 nömrəli tam orta məktəb olaraq öz fəaliyyətini davam etdirir. Məlumat üçün bildirək ki, 46 nömrəli tam orta məktəbin şagirdləri təhsillərini 28 nömrəli tam orta məktəbdə davam etdirəcəklər. Pedaqoji heyət isə iş fəaliyyətini Gəncə şəhər ümumtəhsil məktəblərində davam etdirəcək. Bundan başqa bildirək ki, məktəb binası Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Azərbaycan Bayrağı küçəsində salınan yaşayış kompleksində inşa edilib.

"1170 şagird üçün nəzərdə tutulan məktəbdə hazırda 840 nəfər şagird təhsil alır. Məktəb binası 4 mərtəbədən, 5 korpusdan, 56 sinif otağından (1 ədəd məktəbəqədər, 15 ədəd ibtidai, 29 adi sinif otağı) ibarətdir. Məktəbdə kitabxana, fizika, kimya, biologiya laboratoriyaları, informatika, əmək və hərbi kabinetlər yaradılıb. Məktəb üçün həmçinin 136 yerlik yeməkxana, 387 yerlik akt zalı, 540 kvadrat metrlik idman zalı ən müasir tələblər səviyyəsində qurulub”, - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, Baku.ws saytı 46 nömrəli məktəbin fəaliyyətinin dayandırılması barədə məlumat yaymışdı.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol