Övladını məktəbə göndərən və göndərməyən valideynlər iltizam imzalayacaq

Azərbaycanda valideynlər pandemiya dövründə məktəbli övladlarında və ya digər ailə üzvlərində tənəffüs yolları şikayətləri, qızdırma, öskürək, nəfəs darlığı, ishal, COVID-19 xəstəliyi ilə bağlı hər hansı şikayətlər olduqda, övladını məktəbə gətirməməsi və bu vəziyyət bağlı məktəb rəhbərliyinə məlumat verməsi haqqında iltizam imzalayacaq.
Anews.az xəbər verir ki, özündə və ya yaxınlarında xəstəlik simptomları olan təhsilalanların müəyyən olunmuş dövr ərzində məktəbdə keçirilən əyani dərslərə gəlməməsi barədə bütün təhsilalanların valideynləri (qanuni nümayəndələri) ilə iltizam forması imzalanır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























