Rusiyanın aviaşirkəti Moskva-Bakı istiqamətində uçuşlara başlayır

Rusiyanın "Aeroflot" aviaşirkəti sentyabrın 24-dən etibarən Moskva-Bakı-Moskva istiqamətində uçuşlara başlayır.
"Report”un Heydər Əliyev Beynəlxalq Hava Limanından əldə etdiyi məlumata görə, aviareyslər həftədə iki dəfə - cümə axşamı və bazar günləri həyata keçiriləcək. Təyyarə cümə axşamı səhər saat 7:20-də, bazar günü isə gecə saat 2:50-də Bakıdan qalxacaq.
Bildirilib ki, aviareys ancaq Rusiya vətəndaşları üçün nəzərdə tutulub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























