Hər deputatın 3-5 könüllüsü ola bilər

Milli Məclisin payız sessiyasında "Deputat könüllüləri” layihəsinin icrası, Parlament könüllülərinin yaradılması istiqamətində tədbirlər, habelə şəhid ailələri, müharibə veteranları, Azərbaycan Gənc Müəllimlər Asossiasiyasının üzvləri, əsgərlər və idmançılarla bir sıra görüşlər planlaşdırılır.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına əsasən, bunu Milli Məclisin Gənclər və idman komitəsinin iclasında komitə sədri Adil Əliyev deyib.
O bildirib ki, komitə üzvləri, eyni zamanda, işğal altında olan ərazilərimizdə vəziyyətin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində aktiv fəaliyyət göstərəcəklər.
"Ümumilikdə, 125 deputatın bir yerdə mindən artıq könüllüsünün olması, onların da dövlətin, dövlətçiliyin inkişafında, möhkəmləndirilməsində fəaliyyətə cəlb edilməsi çox vacibdir”, - deyə A.Əliyev məlumat verib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























