Oğlu bacısını öldürən icra nümayəndəsi İŞDƏN ÇIXARILDI - FOTO

Xəzər rayon İcra Hakimiyyətinin başçısı qalmaqallı nümayəndəsini işdən çıxarıb.
Anews.az Unikal.org-a istinadla xəbər verir ki, başçı Elşən Salahovun əmri ilə, Türkan qəsəbəsi üzrə icra nümayəndəsi Rahil Babayev tutduğu vəzifəsindən azad olunub.
Bir neçə gün öncə sabiq icra nümayəndəsinin oğlu Məhəmməd Babayev odlu silahdan atəş açaraq bacısını öldürüb. Bundan başqa Rahil Babayevin adı ahıl yaşda olan 2 qəsəbə sakininin torpaq sahələrinin ələ keçirilməsi ilə bağlı mətbuatın gündəminə gəlmişdi.
80 yaşlı Afət Əzizova və 91 yaşlı Xumarə Şabanova deyirdilər ki, Rahil Babayevin də olduğu dəstə onlara saxta ölüm şahədətnaməsi düzəldib. Onların ailə tərkibləri haqda saxta arayış yazaraq imzalayıb və sonradan boş torpaq sahələrinə aid sənədlər üzrə saxtakarlıqlar həyata keçirilib. Məsələnin üstü Afət Əzizova torpaq sahəsini oğlunun adına keçirmək istəyərkən açılıb. İşə Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində baxılırdı. İlkin araşdırmalardan sonra cinayət işinin başlanması rədd edilib. Afət Əzizova və Xumara Şabanova Baş Prokurorluğa gedərək onlara qarşı baş vermiş cinayətin Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılmasını tələb ediblər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























