• $
  • €
  • ₽
  • ₺
  • £

Tofiq Bəhramov adına Respublika stadionu oyunlara hazırdır

Tofiq Bəhramov adına Respublika stadionu oyunlara hazırdır
22.09.2020 20:00
Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyündə təmir işləri tam yekunlaşıb. 

Anews.az xəbər verir ki, bu barədə "Report"a mərkəzi arenanın direktoru Şamil Quliyev məlumat verib.

O bildirib ki, arena hazırda istənilən matçın keçirilməsi üçün hazırdır. Quliyevin sözlərinə görə, ot örtüyündəki saralmalar aradan qaldırılıb: "Nə vaxtsa, buraya oyun salsalar, stadion tam şəkildə hazırdır. Artıq ot örtüyündə problem olmayacaq. Bu, fəsillə əlaqədar idi". 

Direktor "Qarabağ" klubu daxili çempionat oyunları üçün sizə müraciət edibmi" sualına belə cavab verib: "Hələ ki, belə bir müraciət yoxdur, bu, kluba aid məsələdir. Buna özləri qərar verəcəklər".  

 "Qarabağ" Çempionlar Liqasının I və II təsnifat mərhələsindəki matçlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirib. Ağdam təmsilçisi müvafiq olaraq Şimali Makedoniyanın "Sileks" klubunu 4:0, Moldova "Şerif"ini isə 2:1 hesabı ilə məğlub edib. Hər iki qarşılaşmada meydanın ot örtüyünün vəziyyəti qənaətbəxş olmayıb. 

Ölkə çempionu Kiprin Larnaka şəhərindəki Çempionlar Liqasının III təsnifat mərhələsinin matçında "Molde"yə penaltilər seriyasında uduzub - 5:6. Qurban Qurbanovun baş məşqçi olduğu komanda Avropa Liqasının pley-offunda "Legiya” (Polşa) / "Drita” (Kosovo) cütünün qalibi ilə qarşılaşacaq. Oyun oktyabrın 1-də səfərdə gerçəkləşəcək.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol