Oğurlanaraq şantaj edilən şəxs xəstəxanada öldü- Azərbaycanda

Azərbaycanda naməlum şəxslər tərəfindən evindən zorla aparılan kişi ölüb.
Anews.az-ın xəbərinə görə, hadisə avqust ayında qeydə alınıb.
Belə ki, Yevlax rayon sakini Ceyhun Xəlilov avqustun 23-də evindən zorla aparılıb. O, saxlanıldığı Abşeron rayonu, Xırdalan şəhərində döyülüb.
Daha sonra həmin şəxslər C.Xəlilovun arvadından hədə-qorxu ilə 1 000 manat pul alaraq onu sərbəst buraxıblar.
Bundan 3 həftə sonra C.Xəlilov daxili qanaxma diaqnozu ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və orada ölüb.
Faktla bağlı cinayət işi açılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























