• $
  • €
  • ₽
  • ₺
  • £

London meri olmaq istəyən Oqtay Əsədovun sabiq kürəkəni haqda MARAQLI FAKTLAR

London meri olmaq istəyən Oqtay Əsədovun sabiq kürəkəni haqda MARAQLI FAKTLAR
22.09.2020 17:21
Bu gün İngiltərə mediasında azərbaycanlı Kamran Balayevin London meri postuna namizəd olması barədə məlumat yayımlanıb. K. Balayevin namizədliyinin "Renew" partiyasından irəli sürüldüyü bildirilir.

Anews.az bildirir ki, Kamran Balayev Milli Məclisin keçmiş spikeri, hazırkı deputat Oqtay Əsədovun sabiq kürəkənidir. Oqtay Əsədovun qızı Nərminə Əsədova Kamran Balayevlə 2002-ci ildə rəsmi nikaha giriblər. Onların evliliyi 10 il sürüb.

K.Balayev və O.Əsədov 2012-ci ildə mülk davalarına görə uzun müddət məhkəmə salonlarında çəkişiblər. Belə ki, Azərbaycanda Ədliyyə Akademiyasının rektor əvəzi və prorektoru olan Kamran Balayev O.Əsədovun qızından boşandıqdan sonra ailəsi ilə mübahisəli vəziyyətə gəlib. Çünki K.Balayev sabiq spikerin bir çox işlərinə nəzarət edib. O, həmçinin 2010-cu ildə parlament seçkiləri öncəsi Oqtay Əsədovun seçki qərargahının rəhbəri olub. 

Bu arada qeyd edək ki, 2012-ci ildə Nərminə Əsədova boşanma üçün müraciət edəndən sonra anası Zemfira Əsədova da Səbail rayon məhkəməsinə müraciət edərək Kamran Balayevə qarşı iddia qaldırmışdı. Əsədovlar ailəsi K.Balayevdən birgə nikah dövründə əldə olunan bütün əmlaklardan imtina etməsini və maddi təzminat ödəməsini tələb edirdi. Qanuna görə isə birgə nikahda əldə edilən, N.Əsədova ilə K.Balayevanın adına olan əmlaklar bölünməli idi. 

Məlumata görə, Oqtay Əsədov o zaman bir çox mülkünü də kürəkəninin adına keçiribmiş.

Daha sonra eks-kürəkənin ölkədən İngiltərəyə qaçdığı haqda məlumatlar da yayılmışdı. K.Balayev Kembric, Harvard Universitetlərində, Beynəlxalq Antikorrupsiya Akademiyasında və London İqtisadiyyat və Siyasi Elmləri Məktəbində təhsil alıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol