• $
  • €
  • ₽
  • ₺
  • £

Naxçıvana 7 ambulans göndərilib

Naxçıvana 7 ambulans göndərilib
23.09.2020 14:46
23 sentyabr 2020-ci il tarixində Respublika Olimpiya Mərkəzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri tərəfindən Naxçıvan Muxtar Respublikasının Baş Nazirinə dövlət başçısının adından təcili tibbi yardım avtomobilləri təqdim edilib.

Dövlət Agentliyindən Anews.az-a verilən məlumata görə, səhiyyənin inkişafı istiqamətində dövlət tərəfindən aparılan islahatlardan danışan Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib ki, sözügedən sahənin inkişafı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzində olub: "Ölkə başçısının tapşırığına uyğun olaraq Agentlik tərəfindən ölkəmizə yeni təcili tibbi yardım avtomobilləri gətirilib. Yeni sifariş olunan təcili tibbi yardım avtomobillərinin ilk hissəsi cari ilin iyul ayında, növbəti hissəsi isə sentyabr ayında gətirilib. Təcili tibbi yardım avtomobilləri arasında respublikaya gətirilən yeni, müasir standartlara cavab verən Ambulans-Perinatal ölkə səhiyyəsində yenilikdir”. 

Daha sonra Naxçıvan Muxtar Respublikasının Baş Naziri Agentliyin İdarə Heyətinin sədrindən "Mercedes Sprinter 316” markalı avtomobil bazasında yığılan 7 ədəd – bunlardan 5 ədədi sadə, 2 ədədi reanimobil olmaqla təcili tibbi yardım avtomobillərini qəbul edib. 

Naxçıvan Muxtar Respublikasının Baş Naziri Səbuhi Məmmədovun sözlərinə görə, dövlət başçısının səhiyyə sahəsində yürütdüyü məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycan Respublikası koronavirus pandemiyası ilə yüksək səviyyədə mübarizə aparır. Baş Nazir bildirib ki, Naxçıvan Muxtar Respublikasına təqdim edilən təcili tibbi yardım avtomobilləri muxtar respublikada səhiyyə sahəsi üzrə həyata keçirilən işlərə əlavə bir töhfədir: "Biz bunu yüksək qiymətləndiririk və cənab Prezidentə və Birinci vitse-prezidentə öz təşəkkürümüzü ifadə edirik”. 

Məlumat üçün bildirək ki, 2020-ci il ərzində Agentlik tərəfindən Almaniya istehsalı olan "Mercedes Sprinter 416” markalı avtomobil bazasında Türkiyə Respublikasında yığılan 26 ədəd reanimobil, "Mercedes Sprinter 316” markalı avtomobil bazasında yığılan 42 ədəd sadə təcili tibbi yardım avtomobilləri, Türkiyə istehsalı olan "Ford Transit” markalı 10 ədəd sadə və 22 ədəd reanimobil "Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyindən, həmçinin 84 ədəd Fiat Doblo markalı təcili tibbi yardım avtomobilləri "Autouniversal” Məhdud Məsuliyyətli Cəmiyyətindən satın alınmışdır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol