• $
  • €
  • ₽
  • ₺
  • £

Məleykə Abbaszadədən ali məktəblərə qəbul olanlara MÜRACİƏT

Məleykə Abbaszadədən ali məktəblərə qəbul olanlara MÜRACİƏT
24.09.2020 11:12
Bu nömrədə 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı qruplar üzrə (Azərbaycan bölməsi – I, II, III qruplar hər biri ayrıca jurnalda, IV və V qruplar isə birlikdə bir jurnalda, rus bölməsinin bütün qrupları isə bir jurnalda) çap olunacaq.

Dövlət İmtahan Mərkəzindən Unikal.org-a verilən məlumata görə, jurnalın ön sözündə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin tələbə adı qazananlara təbriki də yer alıb.

Həmin müraciəti təqdim edirik:

"2020-ci il tək bizim üçün deyil, həm də bütün dünya üçün gözlənilməz oldu. Koronavirus pandemiyası nəti­cəsində yaranan böhran gündəlik vərdişlərimizi və həyat tərzimizi köklü surətdə dəyişdirdi. Virusla bağlı vəziyyət həyat tərzimizin bir neçə həftə, hətta bir neçə gündə necə dəyişə biləcəyini göstərdi. Bu il, həyatı­mızın bütün sahə­lərinə, xüsusilə təhsil sisteminə ciddi təsir göstərdi. Təhsil müəssisələrinın fəaliyyəti dayan­dırıldı, qısa müd­dətdə məsafədən (distant) təhsilə məcburi keçid həyata keçiril­di, təhsilin bütün pillə və səviyyələrində tədris prosesinin yenidən qurul­ması zərurəti yarandı.

Təbii ki, Dövlət İmtahan Mərkəzi tərə­fin­dən keçirilən bütün imtahanlar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksi­yasının (COVID-19) yayılmasının qarşısının alınması ilə bağlı töv­siyə­ləri nəzərə alınmaqla sosial məsafənin qorunması, im­ta­han verənlərin sayına ciddi məhdu­diyyətin qoyul­ması və yalnız Operativ Qərargahın müəyyən etdiyi digər şərtlərin yerinə yetirilməsi ilə həyata keçirildi.

Bu tədris ilində sizin, builki məzunların, üzərinə böyük yük düşdü. Siz sələflərinizin rastlaşmadığı bir şəraitdə təh­silinizi davam etdirmək məcburiyyətində qaldınız. La­kin məhz çətinliklərə sinə gərməkdə, onlara qalib gəl­mək­də insan xarakterinin ən yaxşı tərəfləri özünü büruzə verir. Yaranan çətinliklərə baxmayaraq, inadla çalışmaq və qarşınızda qoyduğunuz ümdə məqsədlərə çatmaq üçün irəliləməyə can atmağınız sizin uğurunuzun rəhnidir.

Biz sizi, yenicə tələbə adını qazanmışları bu mü­rəkkəb ildə əldə etdiyiniz layiqli qələbə münasibətilə səmimi olaraq təbrik edirik. Gələcəkdə də qarşınıza çıxa biləcək çətinliklərə təslim olmamağa çalışın. Həmişə pozitiv dəyi­şik­liklərə can atın, ailənizə, cə­miy­yə­tə, bütövlükdə Res­publikamıza vicdanla xidmət etmək və layiqli vətən­daş olmaq üçün bütün im­kan­larınızı səfərbər edin!

Əziz tələbələr, Dövlət İmtahan Mərkəzi sevincinizi bölüşür. Biz qəbul kampaniyasının bütün mərhə­lə­lərində sizinlə olduq, imtahanlara hazırlaşmaqda sizə daim yar­dımçı olmağa çalışdıq. Bu məqsədlə buraxılış və qəbul im­tahanları proqramlarından ümumi təhsil müəs­sisə­lərində martın 1-dən sonra tədris olunan mövzular çıxarıldı, yazılı cavab tələb edən açıq tipli test tap­şırıq­larının sayı yarıbayarı azaldıldı. Mərkəz tərə­fin­dən rəsmi materialların, test toplularının, elmi-meto­diki vəsaitlərin nəşri, "Vizuallaşdırılmış dərs" sosial layihəsinin həyata keçirilməsi, müxtəlif internet xid­mətlərinin göstərilməsi sizin imtahanların məzmunu, texnologiyası və təşkili haq­qında məlumatlı olmağınıza xidmət etmək məqsədi daşıyırdı.

Dostlar, bu il vəziyyətin mürəkkəb olduğu şəraitdə, yüksək nəticə göstərərək tələbə adını qazanmışları gör­mək xüsusən sevinc doğurur. Bugünkü uğurunuzda, həm­çinin sizin valideynlərinizin və müəllimlərinizin xidməti danıl­mazdır. Biz onlara da sizin təhsil nailiy­yətləriniz üçün böyük zəhmət çəkdiklərinə görə öz minnətdarlığımızı bil­di­ririk. Onlar sizi öyrətmiş, qar­şınıza qoyduğunuz məq­sə­də çatmaq üçün pozitiv emosiyalar aşılamağa çalışmışlar və bu gün də səmimi olaraq uğurlarınıza sevinirlər.

Əziz tələbələr, sizi bir daha təbrik edir və seçdiyiniz işdə əsl peşəkar olmaq üçün səylə bilik, bacarıq və vər­diş­lərə yiyələnməyinizi arzu edirik! Bu gün, sözün əsl mə­na­sında, qarşınızda bütün dünya açıqdır. Məq­səd­lərinizə nail olmaq üçün imkanların tükən­məzliyinə əmin olun. Səhv etməkdən qorxmayın. Uğur­suz­luqlar və prob­lem­lər qarşısında təslim olmayın. Yadı­nızda saxlayın, demək olar ki, hər bir vəziyyətdən çıxış yolu var. Öz üzərinizdə daim çalışsanız, can atdığınıza mütləq nail olacaqsınız!”

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol