• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat ali məktəb rəhbərlərinə müraciət etdi

Deputat ali məktəb rəhbərlərinə müraciət etdi
24.09.2020 11:29
Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü Etibar Əliyev universitet rektorlarına müraciət edib.

Anews.az deputatın müraciətini olduğu kimi təqdim edir:

"Hörmətli rektorlar! Bu il keçirilən qəbul imtahanlarının analoqu olmayıb. Pandemiyanın təhsilə təhdidinə baxmayaraq, qəbul imtahanları baş tutdu. Ali və orta ixtisas məktəblərinə daxil olan tələbələri təbrik edir, onlara təhsil nailiyyətləri arzulayıram. Rəhbərlik etdiyiniz ali məktəblərə daxil olan ən yüksək bal toplamış abituriyentdən an aşağı bal toplamış abituriyentə qədər hər bir tələbəyə keyfiyyətli təhsil verilməsinin məsuliyyəti sizin üzərinizə düşür.

İndiki şəraitdə əsas problem distant təhsilin keyfiyyətini ənənəvi təhsilin keyfiyyətinə yaxınlaşdırmaqdır. Distant təhsil mədəniyyətini formalaşdırmaqdır. Universitetlərə ödənişli əsaslarla daxil olan tələbələrə təhsil haqlarının hissə-hissə ödənilməsində sərbəstlik verilməlidir”.

E. Əliyev, həmçinin universitetlərdə kitabxanaların vəziyyətinə də toxunaraq bildirib ki, bu, o qədər ürəkaçan deyil. Elektron kitabxananın zənginləşdirilməsi ənənəvi kitabxananı tamamlaya bilər. Tələbələrə optimist ovqatın bəxş olunması üçün universitet psixoloqları və pedaqoqları mütəmadi olaraq onlara qrup şəklində mühazirələr təqdim edərlərsə, bu, postpandemiya dövrünə hazırlıq üçün böyük əhəmiyyət kəsb edər:

"Bir çox ekspertlər düşünürdülər ki, pandemiya dövründə şagirdlərimiz aşağı nəticələr göstərəcək. Lakin belə olmadı. Qruplar üzrə yüksək nəticə göstərənlərin sayı ötən illərdən kəskin şəkildə fərqlənmir. Ötən il 700 bal toplayan abituriyent olmasa da, bu il 2 abituriyent bu nəticəni əldə edə bildi.
 
Bu o deməkdir ki, şəraitdən asılı olmayaraq ölkəmizdə istedadlı uşaqlar öz biliklərini nümayiş etdirə bilirlər. Ali məkəb rəhbərləri çətin şəraitdə yüksək nəticə əldə edən tələbələrə keyfiyyətli təhsilin verilməsi üçün onların universitetin bütün imkanlarından istifadə etmələrinə şərait yaratmalıdırlar. Ölkədə qarşıya qoyulan əsas məsələ insan kapitalının inkişafıdır. Pandemiyadan asılı olmayaraq şagird nailiyyətlərini bu dəyərə yönləndirməyi bacarmalıyıq".

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol