Abituriyentlərin nəzərinə

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi orta təhsil bazasında (9 illik ) kolleclərə sənəd vermiş əvvəlki illərin məzunu olan abituriyentlərə müraciət edib.
TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ümumi orta təhsil bazasında (9 illik) kolleclərə sənəd vermiş və iyunun 29-da qəbul imtahanında iştirak edəcək abituriyentlər “İmtahana buraxılış vərəqi”ni çap etməlidirlər.
Buraxılış vərəqini çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/1 keçidinə daxil olmaq lazımdır. İmtahana gələrkən “İmtahana buraxılış vərəqi”ni və şəxsiyyət vəsiqəsini abituriyentlər mütləq özləri ilə gətirməlidir.Göstərilən sənədlərdən biri olmazsa və ya onlar arasında uyğunsuzluq olarsa, abituriyentlər imtahana buraxılmayacaq.
ANN.Az
























