• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanın müdafiə nazirinin Rusiyaya səfərinin əsl məqsədi bəlli oldu

Ermənistanın müdafiə nazirinin Rusiyaya səfərinin əsl məqsədi bəlli oldu
25.09.2020 18:54
Ermənistan müdafiə naziri David Tonoyanın rusiyalı həkmarı Sergey Şoyqu ilə görüşünün əsas məqsədi məlum olub. Məqsəd Ermənistan baş naziri Nikol Paşinyan ilə Rusiya prezidenti Vladimir Putinin görüşünü təşkil etməkdir.
Anews.az MediaPost-a istinadən xəbər verir ki, bir neçə saat bundan əvvəl Ermənistan müdafiə nazirliyinin mətbuat katibi Şuşan Stepanyan öz "Facebook” səhifəsində maraqlı status paylaşıb:
"Ermənistan müdafiə naziri David Tonoyan Rusiya Federasiyasında rəsmi səfərdədir. Səfərin məqsədi Rusiyanın "Kapustin Yar” (Volqoqrad şəhəri) hərbi məktəbində keçirilən "Qafqaz-2020” strateji komanda-qərargah təliminin əsas mərhələsində iştirak etməkdir”.
"MediaPost”un əldə etdiyi məlumata görə, Tonoyan Rusiyaya bu gün yox, dünən, yəni 24 sentyabr tarixində gedib. Həmin gün axşam saatlarında Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə görüşüb.
Qeyd edək ki, Tonoyan Rusiyanın münasibət saxladığı yeganə erməni yüksək vəzifəli şəxsdir. Bir sıra mənbələrdə görüşün əsl məqsədi açıqlanıb – Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putinin görüşünü təşkil etmək.
İki ölkə rəhbərinin şəxsi münasibətlərinin sıfıra bərabər olması heç kim üçün sirr deyil. Bunun açıq təsdiqi iki rəhbər arasında rəsmi görüşlərin və ya telefon danışıqlarının olmamasıdır. Sonuncu dəfə Putinlə Paşinyan arasında telefon danışığı Paşinyanın ad günündə olub, Rusiya prezidenti onu ad günü münasibətilə təbrik edib.
O da bildirilir ki, bugünkü səy Paşinyan tərəfindən cəhd edilən, lakin Putin tərəfindən imtina olunan səylərdən biridir.
Görünür, vasitəçi rolunda iştirak edən Tonoyan iki şəxs arasında münasibətləri isitmək və görüş təşkil etmək tapşırığı alıb.
Xatırladaq ki, Ermənistan prezidenti Armen Sarqsyan ilə də Rusiyanın rəsmi dairələrinin münasibətləri tamamilə pozulub.
Bizdən isə erməni xalqına həmişəki kimi məsləhət: Qafqaz xalqlarında qəbul olunan qaydaya görə, elçi adətən, oğlan tərəfdən qız evinə göndərilir. Paşinyan ilə Putin arasındakı münasibətlərdə kimin qız, kimin oğlan tərəf olması hamıya bəllidir. Görünən odur ki, bu dəfə qız evi təntiyib və evdə həddən artıq müddətdə qalmış Paşinyan özü elçi düşməyə məcbur olub. Nə deyək, "Allah xoşbəxt eləsin!”

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol