• $
  • €
  • ₽
  • ₺
  • £

Komitə sədri bu rayonlarının ləğv olunmasını təklif edir

Komitə sədri bu rayonlarının ləğv olunmasını təklif edir
26.09.2020 19:48
Gəncə şəhərində idarəetmənin effektivliyinin təmin edilməsi üçün optimallaşdırılmasına ciddi ehtiyac var.


Bunu "Ölkə.Az”a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.


Komitə sədrinin sözlərinə görə, əhalisi Sumqayıt şəhərinin əhalisindən elə də çox olmayan Gəncə şəhərinin tərkibində Nizami və Kəpəz inzibati rayonlarının fəaliyyət göstərməsi şəhərin effektiv, optimal idarəçiliyin həyata keçirilməsinə ciddi maneələr yaradır. "Təcrübə göstərir ki, Nizami və Kəpəz rayonunun fəaliyyəti idarəçilikdə həm təkrarçılığa, həm də əlavə süni bürokratik əngəllərin yaranmasına səbəb olur. Onsuz da bütün kütləvi-mədəni və digər mühüm kütləvi tədbirlər Gəncə ŞİH tərəfindən təşkil edilir. Nizami və Kəpəz RİH-lər burada ancaq yardımçı rolunu oynayır. Müstəqillik dövründə isə bu rayonların fəaliyyəti nəzərə çarpmır.”- millət vəkili qeyd edib.


Komitə sədri bildirib ki, cənab Prezidentin rəhbərliyi altında ölkədə ciddi islahatlar, o cümlədən idarəçiliyin effektivliyinin və optimallaşdırılmasının təmin edilməsi istiqamətində islahatlar aparılır: "Bu ilsahatlar çərçivəsində Gəncə şəhərinin daha effektiv və optimal idarəçiliyini təmin edib, təkrarçılığı aradan qaldırmaq üçün Nizami və Kəpəz rayonları ləğv edilməsi yaxşı olardı. Bu məsələ bir müddət öncə gündəmdə oldu və məsələ Gəncə şəhər əhalisi tərəfindən də müsbət qarşılandı”.


Komitə sədri hesab edir ki, Gəncə şəhərində idarəçiliyin effektivliyinin təmin edilməsi üçün optimallaşdırma islahatlarının həyata keçirilməsi məsələsi Milli Məclisdə də qaldırılıb, müzakirəyə çıxarıla bilər.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol