• $
  • €
  • ₽
  • ₺
  • £

General qızının nişanından danışdı

General qızının nişanından danışdı
27.06.2014 15:38
Azərbaycanın Milli Qəhrəmanı, Müdafiə Nazirliyinin Şəmkir Ordu Birləşməsinin komandiri, general-leytenant Rövşən Əkbərov qızına dəbdəbəli nişan etməsi barədə yayılan məlumatlara münasibət bildirib. 
General-leytenant R.Əkbərov Publika.az-a açıqlamasında deyib ki, iyunun 24-də “Jumeirah Bilgah Beach Hotel”in restoranında qızının nişan mərasimi olub: 
"Həmin restoranda yer elə bahalı deyil. Bunu həmin adamlar gedib araşdıra da bilərlər. Onlar bununla yalan danışırlar. Adam kişi olar. Bu barədə kim nə yazırsa, bir az kişi kimi yazsın. Olmayan şeyə münasibət bildirmək də istəmirəm.
Nişanı da biz oğlan evi ilə bir yerdə etmişik. Orada da yerin qiyməti 250 manat deyil. Digər tərəfdən isə nişanda yeyib-içmək stolu da olmayıb. Adi şirniyyat stolu olub. Rəhbərlik tanış-dost olduğu üçün hörmət də edib. Stolun da adambaşına olan qiyməti 39-41 manat arasıdır. Kim istəsə, zəng edib restoranın administratorundan da soruşa bilər. Yalandan adımıza nə üçün söz çıxarırlar?
Mənim 4 övladım var, nişanı olan da qızımdır. Övladlarım böyüyənə kimi atasının üzünü görməyib. Mən müharibə qurtarandan sonra, 1998-ci ildə Bakıya qayıtmışam. O zaman da övladlarımın 8-9 yaşları var idi. Mənim haqqımda bu cür sözlər danışanlar da o vaxtı isti yorğanın altında yatırdılar. Hər bir normal azərbaycanlı insan sevinməlidir ki, hər hansı namuslu-qeyrətli Azərbaycan ailəsinin övladları ailə həyatı qurur. Bu isə bizim gələcəkdə genefondumuzdur. Mən hər bir subaya, gəncə arzu edirəm ki, ailə həyatı qurub xoşbəxt olsun Mən imkanlı ailə ilə də qohum olmamışam. Qohum olduğum adam adi, sadə bir insandır.
 Oğlanın atası hər hansı böyük vəzifədə işləmir, tanınmış adam deyil, bir idarədə "prorab" işləyir. Anası da evdan xanımdır. Hətta qızımı o qədər tanınmış ailədən istəyən olub. Ancaq qızım kimi sevib seçibsə, mən də ona vermişəm. Mən heç vaxt var-dövlət güdməmişəm. Hər zaman düşünmüşəm ki, balam xoşbəxt olsun. Ağıllı və namuslu-qeyrətli oğan olsun, qızımı ömrünün axırına kimi qoruya bilsin. Mən ancaq bunu düşünmüşəm. Mənə var-dövlət lazım deyil. Özüm də kasıbçılıqla böyüyən, əziyyətə qatlaşan adam olmuşam".
ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol