• $
  • €
  • ₽
  • ₺
  • £

Cəbhəboyu ərazilərdə yaşayan sakinlərə MÜRACİƏT

Cəbhəboyu ərazilərdə yaşayan sakinlərə MÜRACİƏT
29.09.2020 11:55
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) açıqlama yayıb.

Anews.az-a daxil olan açıqlamada deyilir:

2020-ci il 27 Sentyabr tarixində səhər saatlarında Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) məlumat üçün bildirir ki, 2020-ci il 27 sentyabr tarixindən etibarən Agentlik tərəfindən cəbhə boyu ərazilərdə operativ və təxirəsalınmaz əməliyyat çıxışlarını həyata keçirmək məqsədilə çevik mobil əməliyyat qrupları yerləşdirilib. 

Qeyd olunan qruplar eyni zamanda sakinlərə yerlərdə təhlükəsiz hərəkət qaydaları, Mina Təhlükəsinə dair Maarifləndirmə və xəbərdarlıq istiqamətində fəaliyyəti həyata keçirir.  

Son günlərdə ermənilər tərəfindən davamlı olaraq artilleriya atəşinə məruz qalan yaşayış məntəqələri və əkin sahələri sursatlarla çirklənmiş ərazilərdir və atəşə tutulan bu ərazilər təhlükəli ərazi hesab olunur. 

Bu səbəbdən Agentlik cəbhəboyu yerləşən ərazilərdə yaşayan sakinləri naməlum əşyalara toxunmamağı, xüsusilə də uşaqları tanımaqdıqları əşyalara əl vurmamağı və dərhal aidiyyatı üzrə müraciət etməyə çağırır. 

Sakinlərə tövsiyə edirik ki, təhlükəli və ya şübhəli əşyalar barədə dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) "102" Xidməti-Zəng Mərkəzinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" Xidməti-Zəng Mərkəzinə, Rayon Polis Şöbələri (RPŞ), eləcə də Rayon İcra Hakimiyyəti orqanlarına məlumat versinlər.

Aparılan əməliyyat-axtarış tədbirləri barədə ictimaiyyətə davamlı olaraq məlumat veriləcək.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol