Küləyə görə bayraq endiriləcək- QƏRAR

Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi açıqlama yayıb.
İdarənin mətbuat xidmətindən verilən xəbərə görə, iyunun 28-də Bakıda küləyin güclənəcəyi ilə əlaqədar dövlət bayrağı hava sabitləşənədək endiriləcək. Bu qərar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatı əsasında qəbul olunub.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























