• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ilk dəfə “Peşəkar Boks Gecəsi" keçirilib

Azərbaycanda ilk dəfə “Peşəkar Boks Gecəsi" keçirilib
30.09.2020 14:34
Ötən həftə "Nar”ın dəstək olduğu "Baku Fight Lab” boks klubunun təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə "Peşəkar Boks Gecəsi” keçirilib. Azərbaycan Peşəkar Boks Federasiyasının lisenziyası əsasında keçirilən tədbir Azərbaycan boksçularının beynəlxalq arenada tanıtımı məqsədi daşıyır.

"Boks gecəsi”ndə 16 peşəkar boksçu ümumilikdə 8 döyüş keçirib. Döyüşlərdə peşəkar rinqdə təcrübəsi olan boksçularla yanaşı, həmçinin həvəskar karyerasında böyük nailiyyətlər qazanmış və peşəkar rinqdə debüt edən idmançılar da iştirak edib.

"Peşəkar Boks Gecəsi” çərçivəsində keçirilən bütün görüşlərin nəticələri beynəlxalq boks statistikasında nəzərə alındığına görə hər bir qalibiyyət boksçunun gələcək karyerasında bir pilləyə çevrilir. Azərbaycan Peşəkar Boks Federasiyasının prezidenti Artyom Həsənovun, 1-ci vitse-prezidenti Fərhad Acalovun və baş katibi Orxan Muxtarovun,  eləcə də Azərbaycanın ilk və yeganə peşəkar boks promouteri Ziya Əliyevin xüsusi əməyi nəticəsində Azərbaycan ilk peşəkar boks gecəsi yüksək səviyyədə təşkil edilib.

Boks həvəskarları və "Baku Fight Lab” boks klubunun azarkeşləri Boks gecəsini sentyabr ayının 18-i saat 21:00-da "CBC Sport” telekanalında izləyə biləcəklər.
Mövcud pandemiya səbəbindən tədbir açıq hava məkanında, tamaşaçılar olmadan, xüsusi karantin rejiminin bütün tələblərinə uyğun olaraq və zəruri təhlükəsizlik qaydalarına riayət olunmaqla keçirilib.

Qeyd edək ki, mobil operator "Nar”la yanaşı, "Peşəkar Boks Gecəsi”nin keçirilməsinə Azərbaycanda "Zontes" motosikletlərinin satışı və xidməti ilə məşğul olan "Zontes Baku", müxtəlif idman növlərinin inkişafında mühüm rol oynayan, həvəskar idmana peşəkar yanaşma devizi ilə çalışan "Azfar Group" və "İydə” parfümeriya evi də dəstək olub.
 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol