Biləsuvarda 13 kiloqrama yaxın narkotik aşkar edilib

Biləsuvarda gizlədilən narkotik vasitələr aşkar edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
Bildirilib ki, Biləsuvar Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nərimankənd kəndi ərazisində gizlədilən 6 kiloqram 925 qram heroin, 4 kiloqram 493 qramdan artıq metamfetamin, 2 kiloqram 980 qram tiryək, 380 qram marixuana və 165 qram "Preqabalin” dərman həbi aşkar edilərək götürülüb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























