• $
  • €
  • ₽
  • ₺
  • £

Tanınmış jurnalist vəfat etdi

Tanınmış jurnalist vəfat etdi
27.06.2014 09:54
İyunun 26-da Gürcüstanda ilk azərbaycandilli qəzet olan “Gürcüstan” qəzetinin baş redaktoru Süleyman Süleymanov vəfat edib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, tanınmış jurnalist, publisist, tarixçi, tərcüməçi, Gürcüstanda müxtəlif vəzifələrdə çalışan Süleyman Məhəmməd oğlu Süleymanovun vəfatı Gürcüstan ictimaiyyətinə, eyni zamanda ölkədə fəaliyyət göstərən azərbaycandilli mətbuat üçün ağır itkidir. O, ömrünün 40 ildən çoxunu azərbaycandilli qəzet olan “Gürcüstan” qəzetinə həsr edib. 
Süleyman Məhəmməd oğlu Süleymanov 1935-ci il mayın 5-də Gürcüstanın Marneuli rayonunun Kürdlər kəndində anadan olub. O, Marneuli Pedaqoji Texnikumunu və 1960-cı ildə Tiflis Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dil-ədəbiyyat və tarix fakültəsini bitirib . S.Süleymanov 1962-ci ildə Marneuli Rayon Komsomol Komitəsinin birinci katibi vəzifəsinə seçilib. 1964-cü ildən həmin rayonun partiya komitəsində təlimatçı, təbliğat və təşviqat şöbə müdiri, təşkilat şöbə müdiri, rayon partiya komitəsinin katibi vəzifələrində çalışıb, büro üzvü və dəfələrlə rayon sovetinin deputatı seçilib. 
O, 1972-ci ildən ömrünün sonunadək “Sovet Gürcüstanı” və onun davamı kimi 1990-cı ildən “Gürcüstan” qəzetinin baş redaktoru vəzifəsində çalışıb. 92 illik şərəfli tarixə malik olan “Gürcüstan” qəzeti sovetlər dönəmində də, ondan sonra da Gürcüstanda anadilli mətbuat işçilərinin yaradıcılıq mərkəzinə çevrilib, redaksiya isə bir sıra təşəbbüs və başlanğıclarla fərqlənib, müəlliflik mükafatlarına layiq görülüb. 
Onlardan biri - 1979-cu ildə qəzetin Moskvada Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin iştirakçısı kimi dörd nəfər yaradıcı əməkdaşı sərginin bürünc və gümüş medalları ilə təltif olunub.
S.Süleymanov Gürcüstan KP MK- nın 23, 24, 25- ci qurultaylarında Təftiş Komissiyasının üzvü, 1980-ci ildə Gürcüstan Ali Sovetinin deputatı seçilib. 1981-ci ildə “Şərəf nişanı” ordeni, 1997-ci ildə Gürcüstanın “Şərəf” ordeni ilə təltif olunub. S.Süleymanov Gürcüstan Ali Sovetinin Fəxri fərmanı və Gürcüstan Əməkdar Mədəniyyət işçisi fəxri adlarina layiq görülüb. 
Qırx iki illik qəzet redaktoru vəzifəsini yerinə yetirmək dövründə “Gürcüstan” qəzeti redaksiyası Gürcüstanda azərbaycanlıların ölkənin fəal vətəndaşları olmaları, öz hüquq və vəzifələrini yerinə yetirmələri sahəsində əsl məlumatlandırma mərkəzinə çevrilərək öz ətrafında yaradıcı qüvvələri toplayıb, milli varlığın, ana dilinin, mədəniyyətin, vicdan azadlığının müdafiəsi sahəsində fəaliyyətini dayandırmayıb. 
Qəzet redaksiyasının təşkilatçılığı ilə və S.Süleymanovun da həmmüəllifi olduğu Gürcücə- Azərbaycanca lüğət işıq üzü görüb, Gürcüstan tarixi, Gürcüstan coğrafiyası azərbaycancaya tərcümə olunub, müxtəlif sözlüklər, danışıq lüğətləri, bukletlər, məktəblilər üçün vəsaitlər nəşr olunub. 
Onun rəhbərlik etdiyi “Gürcüstan” qəzetinin 50 illik, 60 illik, 75 illik, 90 illik yubiley tədbirləri Azərbaycandilli mətbuat bayramı səviyyəsində qeyd olunub. 
S.Süleymanov redaktor vəzifəsi ilə yanaşı 1992-ci ildə təsis edilən “Gürcüstan Azərbaycanlıları İttifaqı”nın sədridir. Dörd övlad atası, yeddi nəvə babasıdır.
Allah rəhmət eləsin.
ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol