“Azəriqaz“dan əhaliyə xəbərdarlıq

ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi əhaliyə müraciət edib.
"Azəriqaz"-dan ANN.Az-a verilən məlumata görə, "Azəriqaz" İstehsalat Birliyi bildirir ki, qazdan istifadəyə görə yaranmış debitor borclarını iyun ayının sonunadək tam ödəməyən abonentlərin qaz təchizatı 2014-cü ilin 1 iyul tarixindən etibarən qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.
"Azəriqaz" İstehsalat Birliyi bir daha bütün abonentlərdən təbii qazdan istifadəyə görə yaranmış borclarını vaxtında və tam ödəməyi xahiş edir.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























