Xarici jurnalistlər və ictimai-siyasi xadimlər Azərbaycana dəstək veriblər

Bir sıra ölkələrin ekspertləri, tanınmış jurnalistləri, ictimai-siyasi xadimləri Azərbaycan Ordusunun cəbhədə həyata keçirdiyi əks-hücum əməliyyatlarına dəstək veriblər. Onlar dünya ictimaiyyətini Azərbaycanın ədalətli mövqeyini müdafiə etməyə çağırıblar.
Bu barədə Anews.az-a Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən bildirilib.
Həmin münasibətlərin bəzilərini təqdim edirik:
Amerikalı jurnalist və analitik İrina Tsukerman: "Ermənistanın Azərbaycanın mülki əhalisinə və yaşayış sahələrinə hücumu ölümlə nəticələndi. Bu, hərbi cinayət və insan haqlarının istismarıdır. Azərbaycan torpağı Ermənistan tərəfindən BMT-nin çoxsaylı qətnamələri pozularaq qanunsuz olaraq işğal edilmişdir”.
Fransalı tarixçi Maksim Qauin sosial şəbəkə hesabındakı paylaşımlarında Ermənistanın əsl simasını ifşa edərək Azərbaycana dəstəyini nümayiş etdirib: "1994-cü il danışıqları heç bir nəticə vermədi. Azərbaycan Yerevan rejiminin oğurladığını geri qaytarır.”
BMT layihələrində Dayanıqlı İnkişaf Məqsədləri üzrə pakistanlı ekspert, Pakistan-Azərbaycan Məzunlar Birliyinin təsisçisi Qaiser Navab: "Şübhəsiz Qarabağ Azərbaycandır….Pakistanlı Gənclər davam edən Qarabağ münaqişəsində Azərbaycana birmənalı şəkildə, hərtərəfli dəstəkləyirlər.”
Banqladeşli jurnalist Marzia Mumu Xocalı soyqırımı, Ermənistanın 2020-ci ilin iyul ayında hərbi təxribatı zamanı evləri dağılmış dinc sakinlərin və şəhid olmuş hərbçilərimizin dəfn mərasimindən ailə üzvlərinin şəklini paylaşıb: "Soyqırım, işğal və təcavüz.”
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























