Bu həlledici günlərdə Azercell də ön cəbhəyə dəstək olur

Şirkət Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat həcmində vəsait köçürüb.
Sentyabr ayının 27-dən etibarən Milli Ordu hissələrimiz 30 ildən artıq hər bir Azərbaycanlının sağalmaz yarasına çevrilmiş Qarabağ münaqişəsinin ön cəbhələrinə qəhrəmancasına atılaraq düşmən mövqelərini məhv edir. Ordumuz bütün cəbhə boyu əks-hücum əməliyyatına başlayaraq, bir sıra strateji nöqtələrdə həlledici uğurlar qazanmışdır.
Ölkəmizin tarixində və taleyində həlledici olan bu döyüş günlərində ölkənin lider mobil operatoru Azercell Telekom da Milli Ordumuza öz dəstəyini əsirgəmir. Şirkət tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat həcmində vəsait köçürüb.
Vətənimizə və ordumuza həmrəylik ifadəsi olaraq Azercell Telekomun baş qərargahı Tibilisi prospektində yerləşən Azercell Plazanın üzərində üçrəngli bayrağımız asılmışdır. Eyni zamanda, şirkət tərəfindən bütün əməkdaşlara avtomobil üzərinə quraşdırılan Azərbaycan bayraqları da paylanılıb.
Qarabağ Azərbaycandır!
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























