“Ermənistanın atdığı raketlər ciddi təhlükə yaradır” - AZAL

Ermənistan silahlı qüvvələri son günlər ərzində uzaqməsafəli təsir radiuslu raketlər tətbiq etməklə Azərbaycanın ərazisini intensiv atəşə tutmaqda davam edir ki, bu da Azərbaycanın hava məkanından keçməklə beynəlxalq uçuşlar həyata keçirən mülki hava gəmiləri üçün ciddi təhlükə yaradır.
Anews.az xəbər verir ki, bununla bağlı "Azərbaycan Hava Yolları” QSC məlumat yayıb.
Məlumatda deyilir: "Ermənistanın mülki obyektlərə hücumu beynəlxalq humanitar hüquq normalarını, xüsusilə, Cenevrə Konvensiyasının müddəalarını kobud şəkildə pozur. Bu hücumlar Ermənistan tərəfindən dövlət səviyyəsində terror aktlarının həyata keçirildiyini bir daha təsdiq edir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























