“Bakcell”dən Silahlı Qüvvələrə Yardım Fonduna ümumilikdə 1,5 mln. manat ianə

Bakcell şirkəti
Silahlı Qüvvələrə Yardım Fonduna daha 1 milyon məbləğində vəsait köçürüb.
Qeyd edək ki, Şirkət
cəbhədə Ermənistanın təcavüzünün qarşısının alınması və işğal olunmuş Azərbaycan
torpaqlarının azad edilməsi uğrunda şücaətlə irəliləyən Ordumuza dəstək üçün
bir neçə gün əvvəl də Ordumuza 500 min manat ianə etmişdir.
Bu məbləğ Bakcell şirkətinin daxil olduğu
"NEQSOL Holding” tərəfindən ayrılmış 2.5 milyon manat məbləğində ümumi büdcə çərçivəsində
fondun hesabına köçürülüb.
Bakcell şirkətinin kollektivi vətən uğrunda qəhrəmancasına
vuruşan xilaskar əsgərlərimiz qarşısında baş əyir və onlarla qürur duyduğunu
bildirir. Sarsılmaz şücaətə malik hərbi qüvvələrimizin zəfər xəbərlərini səbirsizliklə
gözləyirik. Qarabağ Azərbaycandır!
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























