• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsil Nazirliyi məktəblərdə pozuntular aşkarlayıb

Təhsil Nazirliyi məktəblərdə pozuntular aşkarlayıb
07.10.2020 22:00
Təhsil Nazirliyi sentyabrın 23-dən etibarən ölkə ərazisində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində monitorinqlər aparmaqdadır.

Nazirlikdən Anews.az-a verilən məlumata görə, məqsəd ümumtəhsil məktəblərində Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın tələblərinə əməl olunması vəziyyətinin yoxlanılmasıdır.

Bu günədək 18-i özəl, 73-ü dövlət ümumi təhsil müəssisəsi olmaqla, Bakı  və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda fəaliyyət göstərən (məcburi köçkün məktəbləri də daxil olmaqla) ümumilikdə 91 məktəbdə monitorinq aparılıb. Monitorinq nəticələrinin təhlili göstərir ki, yoxlama aparılmış məktəblərdə əsas qayda pozuntuları müəssisəyə daxil olan şəxslərin müvafiq qaydada hərarətinin ölçülməməsi, müəssisədə müvafiq standartlara cavab verən xüsusi karantin otağının mövcud olmaması, həmçinin sanitar qovşaqlarda maarifləndirici posterlər və xəbərdaredici nişanların yerləşdirilməməsi ilə bağlıdır.

Aşkar olunmuş qayda pozuntularının sayı və ciddiyyəti nəzərə alınmaqla, 67 dövlət ümumi təhsil müəssisəsi ilə bağlı müvafiq tədbirlər görülüb (51 müəssisə rəhbərinə xəbərdarlıq edilib, 16-na isə töhmət verilib) və nöqsanların aradan qaldırılması üçün onlara vaxt verilib (Verilmiş vaxt bitdikdən sonra həmin müəssisələrdə təkrar monitorinq keçirilməsi nəzərdə tutulur).

Eyni zamanda, qayda pozuntuları aşkar olunmuş özəl təhsil müəssisələri ilə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti dövlət orqanlarına məlumat verilib.
Monitorinqin növbəti günlərdə də davam etdirilərək qeyd olunan bölgələrlə yanaşı, ölkəmizin başqa regionlarında yerləşən və təsadüfi seçim əsasında müəyyən edilmiş digər məktəblərdə də həyata keçirilməsi planlaşdırılır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol