Cəbhə zonasında qazın verilişi bərpa olunub

Cəbhə zonasındakı gərgin vəziyyətlə bağlı qaz təchizatı məhdudlaşdırılan bəzi ərazilərdə qazın verilişi bərpa olunub.
Bu barədə Anews.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyində yaradılan Qərargahdan məlumat verilib.
Məlumata görə, bu gün saat 09:00-dan etibarən Füzuli rayonunun 5 yaşayış məntəqəsinə (Aşağı Kürdmahmudlu, Yuxarı Kürdmahmudlu, Mirzənağılı, Əhmədalılar və Qazaxlar kəndləri) təbii qazın verilməsi təmin edilib.
Hazırda Beyləqan və Bərdə rayonları tam olaraq qazla təmin edilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























