• $
  • €
  • ₽
  • ₺
  • £

Anar Eyvazov: Ordumuz yeni dayaq məntəqələrini azad edib

Anar Eyvazov: Ordumuz yeni dayaq məntəqələrini azad edib
07.10.2020 22:13
"Ötən müddət ərzində bütün cəbhəboyu döyüşlər davam edib. Ordumuz əldə olunan nailiyyətləri genişləndirmək məqsədilə müxtəlif istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad edib. Bölmələrimiz ərazini düşməndən təmizləyib, onların zirehli texnikalarını məhv edib”.
Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov oktyabrın 7-də Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə deyib.

A.Eyvazov bildirib ki, eyni zamanda, qarşılıqlı artilleriya atışları qeydə alınıb. Ordumuzun dəqiq artilleriya zərbələri ilə düşmənin müdafiə sahəsində bir tankı və üç topu məhv edilib. Beşinci alayın müdafiə sahəsində isə komanda-müşahidə məntəqəsi sıradan çıxarılıb. Düşmənin tərəfindən çoxlu sayda ölən və yaralananlar var. Əldə olunan məlumata görə düşmənin 1-ci alayında ərzaq çatışmazlığı səbəbindən şəxsi heyətin qida təminatında ciddi problemlər yaranıb. Buna görə də şəxsi heyət döyüş mövqelərini özbaşına tərk edərək fərarilik edib.
Müdafiə Nazirliyinin mətbuat katibi vurğulayıb ki, düşmənin digər bölmələrində döyüş sursatları və yanacaq təminatında ciddi problemlər var. Bəzi istiqamətlərdə müdafiə sahəsində düşmən bölmələrinin öz arasında qarşılıqlı əlaqənin olmaması nəticəsində bir-birinə atəş açılıb, ölən və yaralananlar var. Əks-hücum əməliyyatı başlayandan bu günədək ordumuz tərəfindən Ermənistan silahlı qüvvələrinin 250-dək tank və digər zirehli texnikası, 270-dək artilleriya, yaylım atəşli raket sistemləri, minaatanı, 60-dək hava hücumundan müdafiə vasitəsi, 11 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 8 silah-sursat anbarı, 150-dək avtomobil texnikası və 1 ədəd "S-300” zenit-raket kompleksi və xeyli sayda şəxsi heyəti məhv edilib.
Diqqətə çatdırılıb ki, ordumuzun qətiyyətli əks-hücumu qarşısında aciz qalan qondarma rejimin və Ermənistan rəsmilərinin ziddiyyətli bəyanatları onların psixoloji durumunu aydın şəkildə əks etdirir. İtirilmiş mövqeləri dırnaqarası qaytaran işğalçı ordu Azərbaycanın dinc əhalisinin kompakt yaşadığı ərazilərdə, habelə Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Füzuli, Yevlax, Goranboy və Beyləqan və Cəbrayıl rayonlarını raket və artilleriya atəşinə tutub. Ordumuz tərəfindən düşmənə qarşı adekvat tədbirlər görülür. Ordumuzun və əsgərlərimizin qələbə əzmi tamdır. Ali Baş Komandan tərəfindən verilmiş bütün döyüş tapşırıqları müvəffəqiyyətlə icra edilir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol