Azərbaycan Silahlı Qüvvələrinin ümumqoşun təlimləri başladı

Müdafiə Nazirliyinin Qaraheybət poliqonunda Azərbaycan Silahlı Qüvvələrinin ümumqoşun təlimləri başlayıb.
APA-nın məlumatına görə, az öncə başlamış hərbi təlimlərdə Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili Qoşunların hərbi qulluqçuları və döyüş texnikaları iştirak edir.
Prezident, Ali Baş Komandan İlham Əliyevin da izləyəcəyi təlimdə bütün hərbi qurumların rəhbər heyətləri iştirak edir.
Təlimlərə Azərbaycan Ordusunun son illərdə sahib olduğu ən müasir hərbi texnika və silah sistemləri cəlb olunub.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























