• $
  • €
  • ₽
  • ₺
  • £

Ön cəbhədə savaşan həm də həkimlərimizdir

Ön cəbhədə savaşan həm də həkimlərimizdir
08.10.2020 21:22
Qəhrəman Tərtərin tibb işçiləri hər zaman olduğu kimi bu gündə xalqın, ordunun xidmətində fasiləsiz dayanır.
 
Həmin tibb işçilərindən birini Sizlər üçün tanıtmaq istərdik. Mustafayev İntiqam Yusif oğlu artıq 10 ildən artıq müddətdir ki, Tərtər rayon Uşaq Xəstəxanasında həkim kimi çalışır. 1998-ci ildən hərbidə həkim kimi fəaliyyətə başlayan, Azərbaycan Tibb Universitetini Pediatriya ixtisası üzrə bitirmiş Mustafayev İntiqam artıq 2006-cı ildə mayor rütbəsinə layiq görülərək, N saylı hərbi hissənin Tibb-xidmət rəisi vəzifəsinin səlahiyyətlərini daşıb. Ehtiyyatda olan zabit kimi 2009-cu ildən Tərtər rayonunda həkim kimi fəaliyyətə başlamışdır. Pandemiya dövründə xidmətləri ilə fərqlənən Qəhrəman Tərtərli həkim 27 sentyabrdan - Vətən Müharibəsinə başlanan ilk gündən öz sahəsi olmamasına baxmayaraq hərbi bilikləri və təcrübəsindən istifadə edərək ilk gündən əsgərlərimizə tibbi xidmət göstərir. İlk döyüş günündən bugünə qədər bir gün olsun belə evdə gecələmədiyini, gecə-gündüz , fasiləsiz tibbi heyət tərkibində yüksək standartlara uyğun Silahlı Qüvvələrimizə xidmət göstərdiyini bildirmişdir. Tibbi xidmət zəfər çalanın sağlamlığıdır.
 
Tibbi təchizatın yüksək səviyyədə olması, həmrəylik bugün ordumuzun zəfərinin, sağlamlığınında tam olmasına gətirib çıxarmasını vurğulayan İntiqam Mustafayev cənab Prezident İlham Əliyevin xüsusən cəbhə bölgəsində fəaliyyət göstərən həkimlərə xüsusi diqqət göstərməsini yüksək qiymətləndirərək xüsusi təşəkkür edib. Son günlər Ali Baş Komandanın müxtəlif müsahibələrində Qəhrəman Tərtərin və tərtərlilərin göstərdiyi şücaəti dünya mediasına çatdırmağı bütün həkimləri, rayon əhlini sevindirdiyini və cənab prezidentin arxasında bir yumruq kimi birləşmələrini daha da möhkəmləndirdiyini bildirərək hakimiyyət və xalq arasında qarşılıqlı inamın qısa müddətdə bu mübarizədə zəfər çalacağını əminliklə söyləyib. Uğurlu əks-hücum əməliyyatlarının qısa müddətdə bütün Qarabağ torpaqlarını işğaldan azad edəcəyinə bütün xalqın şübhəsiz olaraq əmin olduğunu söyləmişdir. İntiqam həkim sonda erməni xalqına İlham Əliyevin şərt və məsləhətlərinə əməl edərək Qarabağı sülhlə tərk etmələrinin onların sağlamlığı üçündə yaxşı olmasını vurğulayıb.
 
Əks təqdirdə Ali Baş Komandandan sitat gətirərək "iti qovan kimi " ordumuz tərəfindən qovulacağını xatırladıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol